Bu xəstəlikdə əməliyyat 9597 faiz yaxşı nəticə verir


Digərləri 22 Dek 2018 22:25:00 352 0

Bu xəstəlikdə əməliyyat 9597 faiz yaxşı nəticə verir

Bu gün onurğa xəstəlikləri arasında ən çox yayılanlarından biri də - disk yırtıqlarıdır. "Qrıja" adı ilə bilinən bu xəstəlik boyun, döş, bel nahiyəsində rast gəlinir. Disk yırtıqları haqqında daha çox eşitdiyimiz fikir bu xəstəliyin müalicəsinin olmaması, onun yalnız əməliyyat edilə biləcəyi ilə bağlıdır. Tanınmış neyrocərrah, Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərovla məhz bu mövzuda söhbət etmişik.

-Müasir dövrdə onurğa ilə bağlı ən çox rast gəlinən problemlər hansılardır?

-Təəssüf ki, insanların oturaq həyat şəraiti, düzgün qidalanmaması, əmək fəaliyyətinin düzgün təşkil olunmaması ilə əlaqədar olaraq, onurğanın ən çox təsadüf olunan xəstəliyi degenerativ xəstəliklərdir. Bunların içində ən çox təsadüf olunanı disk yırtıqlaırdır. Gün ərzində bizə 30-40 xəstə müraciət edirsə, bunların yarıdan çoxunda disk yırtıqları müşahidə olunur.

Disk yırtıqları boyun, döş, bel nahiyəsində olur. Bizə müracət edən xəstələr arasında əsasən bel yırtıqlarına rast gəlinir. Disk yırtığı olduqda əksər halda cərrahi yol effekt verir. Təbii, bu zaman diaqnozun düzgün qoyulması, lazım olan anda əməliyyat aparılması önəmlidir.

-Əməliyyat nəticəsində problemi tam aradan qaldırmaq mümkün olurmu?