“Daşdan yumşaq nə varsa yeyirəm, xeyri yoxdur”


Digərləri 22 Dek 2018 22:17:00 576 0

“Daşdan yumşaq nə varsa yeyirəm, xeyri yoxdur”

Bir çoxları artıq çəkidən xilas olmaq üçün müxtəlif proqram və reseptlərə əməl etdiyi halda kökəlmək arzusunda olanlar da az deyil.

Kökəlmək və ya orqanizmdə olan zəifliyi aradan qaldırmaq üçün ilk növbədə, onun dəqiq səbəbini öyrənmək lazımdır.

Bu, bir həqiqətdir ki, əksər hallarda kökəlmək arıqlamaqdan daha çətin olur. Çox yemək, iştahaartırıcı vitamin və preparatlar qəbul etmək də kökəlməyə səbəb olmur. Buna qalxanvari vəzin sürətlə işləməsi, iltihablı bağırsaq, ağır xroniki stress və depressiyalar, mədə-bağırsaq sistemi, onkoloji, eləcə də bəzi ağciyər və ürək xəstəlikləri səbəb ola bilər. Lakin heç bir ciddi pozulma və xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazımdır.

İlk növbədə, onun səbəblərindən biri kifayət etməyən natamam qidalanma ola bilər. Kökəlmək istəyənlər öz qida rasionuna ciddi nəzarət etməlidir, amma bu o demək deyil ki, çəkinin artırılmasına gətirib çıxaran yağlı və şirin qidalara üstünlük verilməlidir. Nəticədə kökəlmək arzusu sağlamlıq problemlərinin yaranmasına aparıb çıxara bilər.