Ağ Evdə daha bir gözlənilməz istefa


Dünya 22 Dek 2018 21:16:00 304 0

Ağ Evdə daha bir gözlənilməz istefa

ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk istefa verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, 2019-cu ilin fevralında öz postunu tərk edəcək.

Bildirilir ki, D.Trampın ABŞ ordusunun Suriyadan çıxmasına dair qərarına görə Makqurkla prezident arasında yaranmış fikir ayrılığı onun istefa qərarına səbəb olub.