Serialların ailələri məhv edən


Digərləri 22 Dek 2018 21:07:00 828 0

Serialların ailələri məhv edən

Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı.

Bəzi özəl türk kanallarında göstərilən serialların, uşaqlarımız və gənclərimizin təhsili və əxlaqı üzərindəki mənfi və dağıdıcı təsirinin fərqində olsaydıq, hər birimiz evimizdəki televiziyaları pəncərədən aşağı atar və ya baltayla parçalayardıq. Cəmiyyətdəki sosial problemləri araşdıran Türkiyəli psixoloqlar, əsasən də gənclərlə bağlı çəkilən serialların insanlar üzərindəki təsirlərini araşdırıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən həmin araşdırmanın nəticələrini sizə olduğu kimi təqdim edir:

1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.

2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.

3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.

4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.