Canavarlar kəndə basqın etdi


Dünya 22 Dek 2018 20:13:00 361 0

Canavarlar kəndə basqın etdi

Türkiyənin Şərqi Anadolu bölgəsinə - Ərdahan vilayətinə yağan güclü qar və soyuq hava səbəbindən yem tapa bilməyən ac canavarlar kəndlərə enməyə başlayıblar.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Ərdahanın Açıqyazı kəndinə enən 10 baş canavar təhlükəsizlik kamerasına tuş gəlib. Onlar kənd sakini Ergin Topçuya məxsus iki köpəyi parçalayaraq tələf ediblər. Ancaq bu görüntülər kameranın izlədiyi məkandan kənarda baş verib.