Həkimlərdən həyəcan təbili: Süni mayalanmanın fəsadları


Digərləri 22 Dek 2018 20:17:00 580 0

Həkimlərdən həyəcan təbili: Süni mayalanmanın fəsadları

EKO metodu ilə süni mayalanma prosesindən qaynaqlanan əks təsirlər və orqanizmə mənfi fəsadından qadınlar arasında ölüm hallarının sayında dəhşətli artım var.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu London klinikasının reproduktib təbabət üzrə ekspertləri bildirir.

EKO-ya hazırlıq dövründə yumurtalıqların hiperstimulyasiyası zamanı ağır nəticələr son 5 ildə pik həddə çatıb. 2017-2018-ci illərdə bu sindrom səbəbindən 62 britaniyalı qadın xəstəxanaya düşüb. 7 il ərzində 800 nəfər bu diaqnozla hospitəlizə olunub.

Əslində hiperstimulyasiyadan yüngül formada hər bir pasiyent əziyyət çəkir. Bu zaman onlar ağrıkəsiciərlə dözürlər.

Ağır formada isə ayaq və ağciyərlərdə tromb əmələ gəlmə riski yüksəlir, döş qəfəsinə artıq maye toplanır, xəstə çətin nəfəs alır.