Cinsi zəifliyi, qaraciyər xəstəlikləri, xərçəng yaradan məhsul.


Digərləri 22 Dek 2018 19:03:00 786 0

Cinsi zəifliyi, qaraciyər xəstəlikləri, xərçəng yaradan məhsul.

Açıqlamaları ilə mətbuatda böyük səs-küy yaradan məşhur professor və daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay kişilərdə cinsəl həyata mənfi təsir edən amilləri açıqlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Canan Karatay trans yağların zərərlərindən danışıb: "Qurdlu meyvələrə üstünlük verin, çünki digərlərinin üstü dərman və kimyəvi maddələrlə doludur, kənd təsərrüfatı dərmanları zəhərdir. Trans yağ sizi xərçəng edir. Kənd təsərrüfatı dərmanlarının xərçəngə səbəb olduğu dəfələrlə sübut olunub. Odur ki, əksini söyləyib etiraz etməsinlər".

Karatayın sözlərinə görə, əmizdirən anaların palma yağından istifadəsi uşaqda xərçəng riskini artırır. O, qeyd edib ki, palma yağındakı zərərli maddələr südlə uşağa keçə bilir: "Palma yağının ana südündən keçərək xərçəng yaratma riski yüksəkdir. Çünki trans yağlar orqanizmə daxil olduğu zaman sağlam yağların istifadəsini əngəlləyir. Əlbəttə ki, həmin uşaqların dərhal xərçəngə tutulduğunu iddia etmirəm. Amma böyüdükdən sonra uşaqlar cipsi və trans yağlarda bişən bu kimi zərərli məhsullar yeyir, nəticədə kökəlirlər. Palma yağı qara ciyəri yağlandırır, beyni pozur. Bütün xroniki, degenerativ xəstəliklərin: qaraciyər yağlanması, mədəaltı vəzi yağlanmasına gətirib çıxarır.

Palma ağacının meyvəsinin tumu və ya lət hissəsindən əldə edilən rəfinə edilmiş palma yağı işləndikdə trans yağa çevrilir. Trans yağlar kansoregendir, infarkt, alzeymer, şəkər və xərçəng kimi xəstəliklərə səbəb olur.