Filippində narkomaniyaya qarşı aparılan əməliyyatlar zamanı


Dünya 22 Dek 2018 16:39:00 482 0

Filippində narkomaniyaya qarşı aparılan əməliyyatlar zamanı

Filippin hökumətinin yaydığı məlumata görə, narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatların gedişində 5 mindən çox insan həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Filippin Prezidenti Rodriqo Duterte 2016-cı ildə hakimiyyətə gəldikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı siyasətin həyata keçirilməsinə başlayıb. Məhz onun tapşırığı ilə polis tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar zamanı narkodilerlər heç bir güzəşt edilmədən məhv edilir.

Filippin Narkotiklərlə Mübarizə İdarəsinin bu günlərdə yaydıdığı məlumata əsasən, noyabrın 30-dək ötən son 29 ayda aparılan əməliyyatlarda 5050 nəfər məhv edilib.