Azərbaycan Ukraynadan 60 tondan çox dondurulmuş balıq idxal edib


Digərləri 22 Dek 2018 08:58:00 633 0

Azərbaycan Ukraynadan 60 tondan çox dondurulmuş balıq idxal edib

Azərbaycan cari ilin yanvar-oktyabr ayları ərzində Ukraynadan 62 ton dondurulmuş balıq idxal edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, idxal olunan məhsulun ümumi dəyəri 94 min dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Almaniya (110 ton - 348,3 min dollar), Macarıstan (126,6 ton - 297,3 min dollar) və Moldovadan (112 ton - 196 min dollar) sonra dördüncü yerdə qərarlaşıb.