Britaniyada miqrantların ələ keçirdiyi gəmi azad edilib
Dünya 22 Dek 2018 08:02:00 293 0
Böyük Britaniya xüsusi təyinatlıları Temza çayının mənsəbində 4 miqrant tərəfindən ələ keçirilən İtaliyaya məxsus "Grande Tema" yük gəmisini azad ediblər.
Son.az "Report"a istinadən bildirir ki, bu barədə Esseks qraflığı polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşları gəmiyə nəzarəti ələ keçirməyə və miqrantları tutmağa müvəffəq olublar.
BBC-nin məlumatına görə, gəminin məxsus olduğu "Grimaldi Group" şirkətinin nümayəndəsi bildirib ki, miqrantlar gəminin göyərtəsində 4 gün əvvəl aşkar ediliblər. Onlar kayutda saxlanılıblar və lazımi qida ilə təmin ediliblər.
Mənbə: milli.az