Dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək


Digərləri 22 Dek 2018 08:05:00 572 0

Dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək

ABŞ-ın "Cisco" şəbəkə avadanlığı istehsalçısı internetdə "Şəbəkə texnologiyalarının əyani inkişaf indeksi" (Visual Networking Index, VNI) tədqiqatının nəticələrini açıqlayıb. Məruzə qlobal "IP" şəbəkələrinin 2017-2022-ci illərdə inkişafına həsr olunub.

Son.az ICTnews-a istinadən bildirir ki, hesabata görə, 2022-ci ilədək Yer kürəsi əhalisinin 60 faizi internet istifadəçisi olacaq. Qlobal şəbəkəyə 28 milyarddan çox qurğu qoşulacaq, bir istifadəçinin şəbəkəyə qoşulan qurğularda payı orta hesabla 3,6 təşkil edəcək. 2017-ci ildə bu göstərici 2,4 olub. Dünyada genişzolaqlı, mobil və "Wi-Fi" şəbəkələrinin sürəti minimum 2 dəfə artacaq.

Proqnoza görə, 2022-ci ilədək dünya "IP" trafikinin aylıq həcmi 396 ebayta (2017-ci ildə 122 ebayt) çatacaq. İnternet istifadəçilərinin sayı 4,8 milyard təşkil edəcək. 2017-ci ildə bu göstərici 3,4 milyarda (dünya əhalisinin 45 faizi) bərabər olub.