Elon Musk özünün ilk yeraltı tunelinin açılışını etdi VİDEO


Digərləri 22 Dek 2018 07:41:00 656 0

Elon Musk özünün ilk yeraltı tunelinin açılışını etdi  VİDEO

Uzun gözləntilərdən sonra Elon Musk Los Ancelesin əyalət şəhəri Xotornda ilk yeraltı test tunelinin açılışını etdi. Lakin bununla belə Musk bütün dünyanı təəccübləndirə bilib. Belə ki, o, yeraltı tunel nəqliyyatının konseptini tamamilə dəyişib. Belə ki, ilk test tunelində Loop kapsulu və ya xüsusi platformanın yerinə Tesla elektromobili işə salınıb. Test tunelinin açılışı zamanı Musk bildirib ki, o, avtomobillərin tunel üzrə daşınması üçün nəzərdə tutulmuş xüsusi platformalar və sərnişinlər üçün olan Loop kapsulundan imtina edib. Beləliklə Tesla ilə The Boring Company şirkətinin mühəndisləri elektromobillərin özlərini bir növ sürətli qatarlara çeviriblər.

Son.az technote.az-a istinadən bildirir ki, Tesla elektromobilinin aşağı hissəsinə üfüqi müstəvi şəklində yerləşdirilmiş kiçik təkərlər quraşdırılıb. Onlar lazımi vaxtda elektromobilin aşağı hissəsinə daxil olur, laızmi vaxtda isə kənara çıxırlar. Onlar tuneldə elektromobili təyin edərək onun tunel divarlarına dəyməməsinə yardımçı olurlar. Musk-ın sözlərinə görə bu özəlliyi alıcının Tesla elektromobilini sifariş edən zaman ona əlavə etmək mümkün olacaq. Bunun isə qiyməti əlavə 200-300$ təşkil edəcək. Beləliklə alıcının Tesla elektromobili Loop sisteminin nəqliyyat növünə çevriləcək. Bu halda elektromobil tunelin kənarlarında yerləşdirilmiş beton səthlər vasitəsilə hərəkət edir.

Mütəxəssislər qeyd ediblər ki, The Boring Company tunelləri üçün məhz elə Tesla elektromobilləri daha yaxşı uyğunlaşır. Belə ki, sərnişin kapsulları iki əsas tələbə cavab verməlidirlər: Birincisi onlar elektrikləşdirilmiş olmalıdırlar, ikincisi isə saatda 240 km sürətlə hərəkət etməlidirlər. Təqdim olunmuş videoda tunel vasitəsilə yüksək sürətlə hərəkət edən Tesla Model X elektromobil modeli əks olunub. Gözləntilərə əsasən tunellərdə daimi olaraq The Boring Company şirkətinin özəl elektromobilləri hərəkət edəcəklər. Məsələn əgər piyada yeraltı tunel xidmətindən istifadə etmək istəsə o sadəcə olaraq tunelə eniş liftinin yaxınlığında dayanacaq Tesla elektromobilinə minərək tunelə lift vasitəsilə eniş edəcək və şəhərin istənilən yerinə səyahət edəcək.