Nazir müavini BDUnun rektor əvəzi oldu


Digərləri 21 Dek 2018 23:13:00 577 0

Nazir müavini BDUnun rektor əvəzi oldu

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək. Son.az bildirir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı modern.az-a təsdiqləyib.

Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.