Bu 10 qidalanma adətinə yiyələnsəniz, qocalmazsınız! Alimlərin araşdırmalarını kölgədə qoyan təcrübə


Digərləri 21 Dek 2018 22:58:00 430 0

Bu 10 qidalanma adətinə yiyələnsəniz, qocalmazsınız!  Alimlərin araşdırmalarını kölgədə qoyan təcrübə

Uzunömürlülük məsələsi hər zaman elm adamlarının, təbii olaraq da hamının marağında olub. Bir çox alimlər uzunömürlülüyün sirlərini araşdırır, onun səbəblərini müəyyənləşdirməyə çalışırlar. Bu araşdırmalar fonunda hər araşdırmadan bir avaz gəlir. Uzunömürlülüyün sirri hələ ki, tapılmasa da, cavan qalmağın üsulları təcrübəylə təsdiq olunub.

Son.az medicina.az-a istinadən cavanlığı qorumağın tərübədən keçirilmiş 10 üsulunu təqdim edir: 

Rasionun çox hissəsini bitki mənşəli qidalar təşkil etməlidir

Tam taxıllar və paxlalılar ilboyu istifadə edilməlidir. Tərəvəzləri mövsümə görə ya təzə halda, ya da bişmiş şəkildə istifadə etmək olar. Əsasən də göyərtilərdən çox istifadə edilməlidir. 

Həftədə 2 dəfədən çox ət yeməyin

Ət qida rasionunun əsas hissəsi olmamalidir. Çalışın ki, hər dəfə əl içi boyda ət yeyəsiniz. Yaxşı olardı ki, ət yemə tezliyi ayda 5 dəfədən çox olmasın. Daha çox kənd toyuğuna və qoyun ətinə üstünlük verin.  

Hər gün 100 qr balıq əti yeyin

Ən yaxşı seçim sardina, ançous, treska balıqlarıdır. Çünki bu balıqların tərkibində civənin miqdarı azdır, kimyəvi maddələr isə demək olar ki, yoxdur. 

Süd və süd məhsullarının istifadəsini azaldın

İnsanın həzm sistemi inək südünün tərkibində olan yağları və şəkəri həzm etmək üçün yaramır. Kalsiumu isə bitkilərdən, məsələn kələmdən də əldə etmək olar. 

Həftədə 3 ədəd yumurta yeyin 

Bir dəfəyə cəmi 1 yumurta yeyin. Yumurta yedikdə yanında meyvə, sıyıq və ya tam taxıllı çörəkdən istifadə din.