Ən sadə arıqlama


Digərləri 21 Dek 2018 20:59:00 844 0

Ən sadə arıqlama

Kaş ki, arıqlamaq da kökəlmək kimi asan olardı. Hal-hazırda arıqlamaq üçün fərqli vasitələr var. Ancaq etiraf etmək lazımdır ki, bütün vasitələr bu mübarizədə bizə kömək etmir.

Son.az ölkə.az-a istinadən arıqlamağın 5 addımda həm asan, həm də sadə üsullarını təqdim edir.

1.Hər səhər yuxudan duran kimi ballı limonlu su için. Bu, gün ərzində həm sizi gümrah tutacaq, həm də maddələr mübadilənizi sürətləndirəcək. Bu səbəbdən də çəki atmağınız sürətlənəcək. Bunun üçün 200 qr suya 1 çay qaşığı bal və yarım limon sıxıb için.

2. Gün boyu bol miqdarda su için. Suyun miqdarınızı çəkinizə görə hesablayın.  (9 kq - 0.25 litr,  18 - 0.5, 27 - 0.75, 36 - 1, 45 - 1.25, 54 - 1.5, 63 - 1.75, 72 - 2, 81 - 2.25, 90 - 2.5, 99 - 2.75, 108 - 3)

Qeyd edək ki,  gündəlik içdiyiniz çay, qəhvə, hətta təbii şirələr suyu əvəz etmir.