Ermənilər Moskvada mitinq keçirəcəklər


Dünya 21 Dek 2018 19:49:00 319 0

Ermənilər Moskvada mitinq keçirəcəklər

Ermənistanda həbsdə olan sabiq prezident Robert Koçaryanın tərəfdarları Moskvadakı Ermənistan səfirliyi qarşısında mitinq keçirmək niyyətindədirlər.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb. Səfirlik Ermənistan vətəndaşlarını Rusiya qanunvericiliyinin tələblərinə riayət etməyə və icazəsiz hərəkətlərdən çəkinməyə çağırıb.

"Sosial şəbəkələrdə 22 dekabr 2018-ci ildə Moskvada səfirlik önündə mitinqlərin keçirilməsinə dair məlumat yayılır. Bununla əlaqədar xatırladırıq ki, Rusiya qanunvericiliyinə əsasən ictimai tədbirlər (toplaşma formasında aksiyalar, nümayişlər, yürüşlər və ya piket) müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilməlidir" - deyə səfirliyin yaydığı məlumatda bildirilir.