Azərbaycan parlayan göydələnlər ölkəsi


Digərləri 21 Dek 2018 19:09:00 370 0

Azərbaycan  parlayan göydələnlər ölkəsi

Yeni Zelandiyanın nüfuzlu "Stuff" saytında ölkəmizə səfər etmiş jurnalist Eşli Stüartın Bakıya həsr olunmuş məqaləsi dərc edilib.

Son.az Trend-ə istinadən bu məqaləni bəzi ixtisarlarla təqdim edir:

Bakı ətrafında Xəzər sahilində kiçik restoranda oturarkən bu ölkəyə aşiq olmamaq mümkün deyil. Sizin keçmiş Sovet İttifaqı respublikalarından biri olan Azərbaycan və paytaxtı Bakı haqqında anlayışınız olmaya bilər. Amma burada siz Bakı səmasına yönəlmiş, hər kəsi heyrətləndirən şüşəli "Alov qüllələri" ilə tanış olacaqsınız. Aeroportdan şəhərə gələndə diqqəti ilk növbədə bu məşhur tikililər cəlb edir. Diod lampaları ilə bəzədilmiş bu binalar memarlıq möcüzəsi hesab oluna bilər. Siz görəcəksiniz ki, şəhərdə hətta yanacaqdoldurma məntəqələri müasir memarlıq tərzində tikilib.

İlk dəfə müstəqilliyini 1918-ci ildə elan etmiş Azərbaycan müsəlman dünyasında ilk demokratik dövlət oldu. 1920-ci ildə ölkə Sovet İttifaqına qatıldı. Müstəqilliyini yalnız 1991-ci ildə - Sovet İttifaqının dağılmasından bir neçə ay əvvəl bərpa edən Azərbaycan Sovet imperiyasının əsarətindən qurtula bildi.

Amma regionda heç də hər şey yaxşı deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında münasibətləri pozub.

Xoşbəxtlikdən, münaqişə Azərbaycanda turizmin inkişafına əngəl ola bilmədi. Ölkə turizm məkanına çevrildi. Bakının ətrafında yerləşən ətəklərdə, Abşeron yarımadasında uzun illər boyunca turistlərə heyranlıq bəxş etmiş Yanardağın möhtəşəm panoramasını görə bilərsiniz.

Burada həmçinin Formula 1 yarışları üzrə Azərbaycan Qran prisi keçirilib.