Barselonada etirazlar var - Polis dəyənəkləri işə salıb


Digərləri 21 Dek 2018 18:17:00 379 0

Barselonada etirazlar var - Polis dəyənəkləri işə salıb

Barselonada güclü etiraz aksiyası başlayıb.

Bakı. Barselonada güclü etiraz aksiyası başlayıb. Trend-in məlumatına görə, şəhərin bir neçə rayonunda aksiya zamanı etirazçılarla polis qüvvələri arasında toqquşma baş verib. Qeyd edilir ki, hazırda İspaniya Nazirlər Şurasının iclası keçirilir. Etirazçılar iclas keçirilən saraya doğru irəliləyirlər. Onların qarşısını kəsmək üçün polis süni maneələr yaradıb.