Bakıda "KL Fashion Kids2018" adlı uşaq moda gecəsi


Digərləri 21 Dek 2018 17:09:00 363 0

Bakıda "KL Fashion Kids2018" adlı uşaq moda gecəsi

Uşaq moda gecəsinə saylı günlər qaldı. "Excelsior" otelində "KL Fashion Kids-2018" adlı uşaq moda gecəsi keçiriləcək.

Son.az xəbər verir ki, moda gecəsində 5-15 yaş arası uşaqlar iştirak edəcək. Onlardan 15-i qız, 15-i isə oğlandır.

Dəfilənin münsif kürsüsündə müğənnilər Ayaz Babayev, Yaşar Yusub, Aynişan Quliyeva, Əhməd Mustafayev, Türkan Heydərova, "Noğullar" qrupunun rəhbəri Məryəm Əlibəyli, aparıcı Afaq Gəncəli, idmançı Kamil Zeynallı, və s. bir çox tanınmışlar əyləşəcəklər.

Podiuma çıxan uşaqlar sırasında məşhurların övladları da olacaq.