Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edilib


Digərləri 21 Dek 2018 15:14:00 333 0

Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edilib

Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib. Trend-in məlumatına görə, bu məsələ Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsinə də daxil edilib. Qətnamədə təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib.