Bakıda bayram yarmarkasına start verildi


Digərləri 21 Dek 2018 13:29:00 433 0

Bakıda bayram yarmarkasına start verildi

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkasına start verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Onun sözlərinə görə, bayram yarmarkası paytaxtda bir yerdə təşkil olunub: "Yarmarka paytaxtın Nizami küçəsi, 154 ünvanında, keçmiş ayaqqabı fabrikinin binasında dekabrın 30-na qədər davam edəcək. Noyabrın 25-dən dekabrın 10-na qədər yarmarkada iştirak etmək istəyən fermerlər həm onlayn, həm də zəng vasitəsilə qeydiyyatdan keçiblər. Bəzi fermerlər isə Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etməklə qeydiyyata alınıblar.