İŞİDçilər təkbaşına səyahətə çıxan qızları "Allahın düşməni" adlandırıb,


Dünya 21 Dek 2018 11:56:19 517 0

İŞİDçilər təkbaşına səyahətə çıxan qızları "Allahın düşməni" adlandırıb,

Terrorçular Suriyaya görə iki xristian qızın başını kəsdilər

Şimali Afrikaya səyahətə çıxan qızların öldürülməsi ilə bağlı yeni məlumatlar əldə edilib.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, qızları öldürən şəxslər İŞİD terrorçularıdır.

Mərakeşə səyahətə gedən qızlar İŞİD terrorçularının qurbanı olublar. Terrorçulardan biri qızın başını kəsdiyi anı videoya çəkib, sosial şəbəkələrdə yayıb.

Terrorçular skandinaviyalı qızları "Allahın düşməni" adlandırıb, videoda bunu "Allahın rizasıyla edirik" deyiblər.

Danimarka kəşfiyyatının məlumatına görə, sosial şəbəkədə başı kəsilərkən videosu çəkilib yayılan qız onların ölkə vətəndaşıdır və bildirilib ki, qətl hadisəsi İŞİD-lə əlaqəlidir.

Terrorçular videoda "Bu, Suriya üçündür, Allahın istəyi ilə" kimi sözlər işlədiblər.