Əfqanıstanda "Taliban" silahlıları 10 əsgəri girov götürüb


Dünya 21 Dek 2018 11:08:52 262 0

Əfqanıstanda "Taliban" silahlıları 10 əsgəri girov götürüb

Radikal "Taliban" hərəkatının silahlıları Əfqanıstanın şimal-şərqindəki blokposta hücum edərək ordunun 10 əsgərini girov götürüb.

Bu barədə Son.az report-a istinadən xəbər verir.

"TOLO News" telekanalının yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hücum dünən gecə saatlarında Bədəhşan vilayətinin inzibati mərkəzi olan Fayzabad şəhəri ətrafında baş verib.