Xəlil Rza Ulutürkün xanımına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başladı


Digərləri 21 Dek 2018 10:13:00 378 0

Xəlil Rza Ulutürkün xanımına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mirzə Şəmsiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvar ayının 10-na təyin edilib.