Bakıda 48 yaşlı şəxs avtomobilində güllələndi, daha sonra bıçaqlandı


Digərləri 21 Dek 2018 10:03:00 359 0

Bakıda 48 yaşlı şəxs avtomobilində güllələndi, daha sonra bıçaqlandı

Bakıda iş adamı qətlə yetirilib.

Bakı. Samir Əli - Bakıda iş adamı qətlə yetirilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.