Almaniyaya axışan qaçqınların sayı azalır


Dünya 21 Dek 2018 03:30:00 544 0

Almaniyaya axışan qaçqınların sayı azalır

Almaniyaya gələn qaçqınların sayı azalmaqda davam edir. Son.az kaspi.az-a istinadən yazını təqdim edir.2017-ci ilin ilk üç ayı ərzində Almaniyaya 60 mindən bir qədər çox qaçqın gəldiyi halda, bu ilin oxşar dövründə onların sayı təqribən 190 min nəfər təşkil edib. 2016-cı ildə Suriyada vətəndaş müharibəsindən qaçıb canını qurtarmaq istəyən ölkə vətəndaşları Almaniyada sığınacaq almaq üçün təqribən 270 min ərizə veriblər.

İşlə təmin olunma imkanı qaçqınların müvəffəqiyyətlə inteqrasiyası şansını yüksəldir. Lakin iş tapmaq miqrantların heç də hamısına nəsib olmur. Peşə hazırlığının, bəzən isə məktəb təhsilinin olmaması onların Almaniya cəmiyyətinə sürətlə inteqrasiyasına ciddi maneə yaradır.