Azərbaycanın "qara qızılı" bahalaşıb


Digərləri 20 Dek 2018 23:43:00 780 0

Azərbaycanın "qara qızılı" bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 59,2 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 57,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 54,34 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,95 dollar/barel azdır.