Qohum onunla əlaqə saxlanılmasını istəmirsə...


Digərləri 20 Dek 2018 23:45:00 887 0

Qohum onunla əlaqə saxlanılmasını istəmirsə...

Dinimiz qohumlarla əlaqə saxlamağı təkid edir. Bəs qohum onunla əlaqə saxlamağımı istəmirsə və məndən uzaqlaşırsa, nə etməliyəm?

Dinimizdə sileyi-rəhim, yəni qohumlarla mehriban əlaqə saxlamaq çox bəyənilir, hətta bu əməl vacibat səviyyəsində təkid edilir. Son.az islam.az-a istinadən bildirir ki, qohumun evinə qonaq getmək, qonaq gəldiyi zaman onu mehribanlıqla qarşılamaq, görüşərkən onunla xoş danışmaq, könlünü almaq, çətinlikləri ilə maraqlanmaq, problemlərini həll etməyə çalışmaq, xəstələndiyi zaman ona baş çəkmək, görüşmək mümkün olmadıqda heç olmazsa telefon zəngi vasitəsilə əhvalını soruşmaq lazımdır. Hətta qohum tərəfindən soyuqluqla qarşılaşsa da, insan bu vəzifəni tərk etməməlidir. Hədislərdə buyurulur ki, səninlə soyuq davranan şəxsə sən mehribanlıq göstər. Əgər qohum özü qonaq gəlmirsə və sənin də qonaq getməyini istəmirsə, narazılığını açıq şəkildə bildirirsə, bu halda başqa yollarla, məsələn, telefon zəngi vasitəsi ilə əlaqə saxlamaq kifayət edər.