Süni insan başı ilə Androidli smartfon blokdan çıxarıldı


Digərləri 20 Dek 2018 22:15:00 406 0

Süni insan başı ilə Androidli smartfon blokdan çıxarıldı

"Android" sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar təhlükəsizlik testindən uğurla keçə bilməyiblər.  Ekspertlər süni insan başı ilə biometrik sensora müdaxiləyə cəhd ediblər və buna nail olublar.   Son.az ICTnews-a istinadən bildirir ki, sınaqda 5 smartfon ("iPhone X", "LG G7 ThinQ", "Samsung Galaxy S9", "Samsung Galaxy Note8" və "OnePlus 6") istifadə edilib. Bütün modellər istifadəçinin sifətinin "3D" skan etməsinə əsaslanan təhlükəsizlik sistemi ilə təchiz edilib. Sözügedən aparatlara "Forbes" nəşrinin jurnalistinin "3D" printerdə çap edilmiş başı yaxınlaşdırılıb.   Təəssüf ki, "Android" sisteminin idarəetməsi altında işləyən bütün cihazlar süni insan başını tanıyaraq sistemi blokdan çıxarıb. Yalnız "iPhone X" smartfonu süni insan başını tanımaqdan imtina edib.