ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər


Digərləri 20 Dek 2018 21:41:00 498 0

ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ Ədliyyə Nazirliyi Çinin dövlət qurumları ilə bağlı olduğu iddia edilən haker qrupuna rəsmi Vaşinqton və başqa ölkələrə qarşı kiberxəfiyyəlik fəaliyyəti göstərmək ittihamı irəli sürmək niyyətindədir.

Son.az "Report"a istinadən bildirir ki, bununla bağlı ABŞ hökuməti Çinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi düşünür.

"Bu ölkələr uzun müddət xəfiyyə hücumlarına məruz qalıb. Çinli hakerlər kibertəhlükəsizlik sahəsində dövlət qurumlarına, iri şirkətlərə xidmətlər göstərən özəl şirkətlərin şəbəkələrini dağıdıblar", - deyə Qərb ölkələrinin hökumət mənbələrinə istinadən bildirilir.