Yağışlı hava ilə əlaqədar yol polisi küçə və prospektlərdə nəzarəti gücləndirib (FOTO)


Digərləri 20 Dek 2018 18:11:00 407 0

Yağışlı hava ilə əlaqədar yol polisi küçə və prospektlərdə nəzarəti gücləndirib (FOTO)

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq yol polisi küçə və prospektlərdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib.

Bakı. Yağışlı hava şəraiti ilə əlaqədar olaraq yol polisi küçə və prospektlərdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq baxçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəəssilərin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Qeyd edilən məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.