İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəsmisi Tərcümə Mərkəzində olub


Digərləri 20 Dek 2018 17:26:57 372 0

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəsmisi Tərcümə Mərkəzində olub

Dekabrın 20-də İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası İdarə Heyətinin üzvü Arye Qud Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Bakı. Dekabrın 20-də İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası İdarə Heyətinin üzvü Arye Qut Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsrail arasında daim mövcud olmuş dostluq və qardaşlıq münasibətlərin­dən, hər iki xalqı bir-birinə doğmalaşdıran əbədi mənəvi dəyərlərdən söz açılıb. Tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım aktları, Xocalı faciəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri digər cinayətlərin dünya ictimaiyyə­ti­nə çatdırılmasının vacibliyi qeyd edilib. Qonaq Xocalı qətliamından bəhs edən, müəllifi olduğu “Ağrı” əsərini tərcümə olunması üçün Mərkəzin sədri Afaq Məsuda təqdim edib.