Bakıda qayınanası və arvadını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi


Digərləri 20 Dek 2018 16:25:00 558 0

Bakıda qayınanası və arvadını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.