Başqa kişilərə satdığı əmisi qızını zorlayıb öldürdü


Digərləri 20 Dek 2018 13:12:00 574 0

Başqa kişilərə satdığı əmisi qızını zorlayıb öldürdü

Ucarda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı ortaya çıxıb.

Son.az a24.az-a istinadən xəbər verir ki, Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. Məlumata görə, Çıqqarov əmisi qızını qətlə yetirməzdən öncə ona təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.

Mənbə onu da qeyd edib ki, İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi bildirilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.


Xəbərə aid foto