Nazirdən şagirdlərin ehtiyac olmayan biliklər alması barədə


Digərləri 20 Dek 2018 12:40:00 589 0

Nazirdən şagirdlərin ehtiyac olmayan biliklər alması barədə

Təhsil sistemi gənc nəslə yalnız bu və ya digər fənnə aid bilikləri verməli deyil. Təhsil sisteminin məqsədi hərtərəfli şəxsiyyət yetişdirməkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda orta məktəblərdə şagirdlərin ehtiyac olmayan biliklər alması barədə deyilən iddialara münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, hərtərəfli şəxsiyyət yetişdirmək üçün birgə və intensiv sosiallaşma olmalıdır: "Burada Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi fənlərinin xüsusi yeri var. Eyni zamanda, Azərbaycan qanunvericiliyi digər ölkələrin qanunvericiliyindən daha liberaldır. Azərbaycan qanunvericiliyinə görə, təhsil həm ana dilində, həm də beynəlxalq proqramlar əsasında, digər xarici dillərdə təşkil oluna bilər. Ancaq digər dillərdə fənlər tədris olunarkən mütləq şəkildə bir sıra fənlər tədris edilməlidir. Bunlar Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasıdır. Təhsil Nazirliyi həm dövlət, həm də özəl məktəblərdə bu qaydaların əməl olunmasına çox ciddi nəzarət edir".