Bayram Səfərov vəzifəsindən getdi


Digərləri 20 Dek 2018 12:07:00 566 0

Bayram Səfərov vəzifəsindən getdi

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.

Son.az modern.az-a istinadən xəbər verir ki, icmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib. 

Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.

Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub. Qeyd edək ki, bu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayıdır.  


Xəbərə aid foto