Ucarda 31 yaşlı qadını qətlə yetirən şəxs tutuldu


Digərləri 20 Dek 2018 11:37:00 582 0

Ucarda 31 yaşlı qadını qətlə yetirən şəxs tutuldu

Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.