Nazir: 9-cu sinfi bitirənlər peşə təhsilinə cəlb ediləcək


Digərləri 20 Dek 2018 10:16:00 352 0

Nazir: 9-cu sinfi bitirənlər peşə təhsilinə cəlb ediləcək

Hazırda bizim əsas səylərimiz icbari təhsili, yəni 9-cu sinfi bitirən şagirdlərə yönəlib. Biz onları peşə təhsilinə cəlb etməyə çalışırıq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda icbari təhsili, yəni 9-cu sinfi bitirən şagirdlər peşə təhsilinə cəlb ediləcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır: "Bu, ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Məhz buna görə ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verilir. Son bir necə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb".