Lenovo12 GB RAMlı smartfonu təqdim edə bilər


Digərləri 20 Dek 2018 08:51:00 371 0

Lenovo12 GB RAMlı smartfonu təqdim edə bilər

Çində Lenovo şirkəti Lenovo Z5s smartfon modelinin təqdimatını keçirdəcək. İndi isə internetdə məlumat ortaya çıxıb ki, şirkət həmçinin təqdimat zamanı smartfonun xüsusi versiyasını da təqdim edə bilər. Belə ki, @bang_gogo_ adlı indoneziyalı insayder yeni smartfon modelinin texniki göstəricilərinin əks olunduğu fotonu paylaşıb.

Son.az technote.az-a istinadən bildirir ki, fotodakı məlumata əsasən şirkətin xüsusi smartfon versiyası Lenovo Z5s Ferrari SuperFast Edition adı lə satışa çıxacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, sözügedən smartfon Snapdragon 845 prosessoru və 12 GB RAM ilə təchiz olunacaq. Əgər bu məlumat düz olsa onda Lenovo Z5s Ferrari SuperFast Edition modeli dünyanın 12 GB RAM-a sahib ilk smartfonu olacaq. Son.az