Azərbaycan nefti ucuzlaşır


Digərləri 19 Dek 2018 23:40:00 834 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 58,6 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 58,6 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,6 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 57,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,6 dollar/barel azdır.