Dünyada ən bahalı çörək 192 avroya satılır


Digərləri 19 Dek 2018 23:01:00 503 0

Dünyada ən bahalı çörək 192 avroya satılır

İspaniyada Xuan Manuel Morenonun çörəkxanasında çörək-bulka məmulatının ən eksklüziv növü qızıl pudra ilə örtülmüş dəyirmi formalı çörəkdir. Onun çəkisi 400 qramdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, reseptə görə, bu çörək İslandiyadan gətirilmiş təmiz sudan və çörəkçinin özünün hazırladığı mayadan istifadə etməklə bişirilir. "Qızıl" çörəyin qiyməti 192 avrodur. Daha üç çörək növünün tərkibində qiymətli metallardan - qızıl və gümüşdən yeməli pudra var. Bu çörəklər də bahalıdır. Ən ucuzunun qiyməti 98 avrodur.