Burnu rahat tənəffüsə həsrət qalanların xəstəliyi Səbəbləri, müalicəsi


Digərləri 19 Dek 2018 22:40:00 670 0

Burnu rahat tənəffüsə həsrət qalanların xəstəliyi  Səbəbləri, müalicəsi

Azərbaycanda uşaqdan böyüyə çox insanın bir dərdi var: burun tutulması dediyimiz, bəzən allergiya, " artıq ət" var deyib üzərindən keçdiyimiz rinit. 

Rinit burunun selikli qişasını zədələnməsi, iltihabı ilə gedən spesifik simptomatikadır.

Son.az medicina.az-a istinadən rinitin səbəb və müalicəsini araşdırıb.

Səbəbləri:

Çox zaman bu patologiya buruna və yuxarı təməffüs yollarına istənilən növ virus və bakteriyaların düşməsi ilə başlayır. Eləcə də allergik reaksiyalar da pozuntulara səbəb olur.    İnsanın peşəsi, sənəti, iş yeri ilə bağlı səbəblərdən də rinit yarana bilər: travma, toz, kimyəvi maddələr, havasızlıq, allergik risk və s. 

Yaranma səbəbindən asılı olaraq rinitin 2 növü var:

1. Vazomator - sinir-reflektor mexanizmin pozulmasıdır ki, bu zaman xaricdən burnun selikli qişasına qıcıqlandırıcılar daxil olur. Bura allergiya da aiddir. 

2. İnfeksion - burnun florasına infeksiyanın düşməsindən yaranır. İnfeksion rinit kəskin və xroniki olur.