Noyabr ayında 1100dən çox əcnəbi Gürcüstana buraxılmayıb


Dünya 19 Dek 2018 21:13:00 325 0

Noyabr ayında 1100dən çox əcnəbi Gürcüstana buraxılmayıb

Cari ilin noyabr ayında Gürcüstan 1151 əcnəbinin ölkəyə daxil olmasına icazə verməyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 434 İran vətəndaşı Gürcüstana buraxılmayıb. İkinci yerdə Hindistan dayanır - 370 nəfər. Eyni zamanda, 46 Türkiyə, 44 Rusiya, 43 Özbəkistan, 42 Azərbaycan, 33 Türkmənistan, 30 Pakistan və 14 Ermənistan vətəndaşının Gürcüstana keçməsinə icazə verilməyib.