“Belə çıxır Vaqif Əsədovun heç nədən xəbəri olmayıb?”


Digərləri 19 Dek 2018 20:10:00 608 0

“Belə çıxır Vaqif Əsədovun heç nədən xəbəri olmayıb?”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu günlərdə istifadəyə verilən Babək prospektində piyada keçidinin quraşdırılmaması və geridönmə xəttinin olmaması ilə bağlı yazılan ittihamlara münasibət bildirib.

Son.az xəbər verir ki, A. Nəcəfli qafqazinfo-ya bildirib ki, hər hansı layihə həyata keçirilərkən aidiyyatı qurumlarla razılaşdırılmalar aparılır: "Ola bilməz ki, 1 ilə yaxındır ki, layihə həyata keçirilsin və heç bir qurumun bundan xəbəri olmasın. Agentlik yolların yenidən qurulması, bərpası və təmiri ilə məşğul olan qurumdur. Yolların təhlükəsizliyi və təşkili ilə məşğul olan qurum deyil. Layihə həyata keçirilərkən yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurumlarla birgə razılaşdırılmış şəkildə baş verir. Babək prospektində yol xətlərinin çəkilişindən tutmuş yol nişanlarının quraşdırılmasınadək işlər aidiyyatı qurumların mütəxəssislərinin iştirakı ilə onların dediyi kimi və göstərilən ərazilərdə yol nişanları quraşdırılmaqla həyata keçirilib. Əgər hər hansı bir ərazidə piyada zolağının çəkilişi labüddürsə aidiyyəti qurumlar bunu harada göstərəcəksə bizdə icraçı qurum olaraq onu icra etməyə hazırıq. Heç kim özbaşına iş aparmır. 

Bir var sağlam tənqid, bir də ki, ittiham və şər- böhtan var. Bunları bir-birilə qarışdırmaq lazım deyil. Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmamışdı. Burada məqsəd prospektin yenidən qurulması idi. Gələcəkdə isə hər hansı yeraltı və yerüstü piyda keçidi tikilə bilər. Bunun üçün Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının və aidiyyatı qurumların razılığı olmalıdır və vəsait ayrılmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bunu özbaşına həyata keçirməsi mümkün iş deyil.