"Başqa yerdəyəm, danışa bilmirəm" Azərbaycanda şagirdini döyən müəllim haqda ölçü götürülüb?


Digərləri 19 Dek 2018 18:19:00 664 0

"Başqa yerdəyəm, danışa bilmirəm"  Azərbaycanda şagirdini döyən müəllim haqda ölçü götürülüb?

Şəmkir rayonunda şagird müəllimi tərəfindən döyülüb.

Son.az a24.az-a istinadən xəbər verir ki, hadisə rayonun Plankənd kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbdə baş verib. Belə ki, məktəbin 6-cı sinif şagirdi Əsli adlı müəllim tərəfindən döyülüb. Şagird ağır xəsarətlər alıb.

Onun bel və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı bildirilir.

Hazırda şagirdin bədənindəki ağrılar səbəbindən dərsə gedə bilmədiyi vurğulanır.