ARDNFnin 2019cu il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması tövsiyə edildi


Digərləri 19 Dek 2018 18:00:00 605 0

ARDNFnin 2019cu il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması tövsiyə edildi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, Baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln manat, xərclərinin 11 595,2 mln manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayıldı və müvafiq olaraq ARDNF-nin büdcə layihəsi, o cümlədən ARDNF-nin vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və ARDNF-nin 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.