"Lotu Bəxtiyarın" cəza çəkdiyi həbsxana ilə bağlı dəhşətli faktlar Burada məhbuslar qolları bağlı, başı aşağı saxlanılır VİDEO


Dünya 19 Dek 2018 16:52:00 405 0

"Lotu Bəxtiyarın" cəza çəkdiyi həbsxana ilə bağlı dəhşətli faktlar  Burada məhbuslar qolları bağlı, başı aşağı saxlanılır  VİDEO

Dünyada bir çox həbsxanalar var ki, onlar xüsusi rejimi ilə digərlərindən fərqlənir. Bu tip həbsxanalar SSRİ zamanında daha çox yayılmışdı. Onlardan bəziləri bu günümüzə qədər fəaliyyət göstərir.

Son.az femida.az-a istinadən xəbər verir ki, Rusiyanın ən vahiməli həbsxanası sayılan "Belıy lebed" həbsxanası ilə bağlı maraqlı yazını təqdim edir: "Belıy lebed" koloniyası 1938-ci ildə Rusiyanım Perm vilayətinin Solikam şəhərində yaradılıb. Ora ömürlük cəza almış məhkumların saxlandığı xüsusi rejimli cəza yeridir. "Belıy lebed" də ömürlük cəza çəkən məhkumlar başı aşağı, qolları arxada qandallanmış və yuxarı qaldırılmış (qaz uçuşu) formasında gündə 1 saat hərəkət etmək imkanına malikdir. Qəddarlığına görə bu həbsxana dünyaca məhşur yerlərdən biridir və ora gedənlər ordan salamat çıxmır. Nəyə görə "Belıy lebed"? Vahiməli həbsxananın adının bu cür qoyulması ilə bağlı bir neçə versiya mövcuddur. 1999-cu ildə həbsxana tikilən zaman burada yalnız kriminal avtoritetlər saxlanılırdı. Bura salınan avtoritetlər döşəmə silməyə, otaqları yığışdırmağa məcbur edilirdi. Bu isə "oğru aləmi"ndə qəbul edilməyən hal sayılırdı. Buna görə də bu həbsxanaya göndərilən "vor"lar haqqında " bu onun sonuncu qu mahnısıdır" sözləri deyilirdi. Başqa bir versiyaya görə isə bura gətirilən məhbusların əlləri arxadan qandallanır və qu quşu formasında hərəkət etməyə məcbur edilirdi. Amma bu gün həmin qayda tətbiq edilmir. Məhbusların qollarının o cür bağlanması hüquqlarının pozulması kimi qəbul edilir. Bu həbsxanada ən idealist "vor"ları ideyasından döndərmək üçün tikmişdilər. Burdakı "zakonniklərin", dustaqların çoxu ya fiziki cəhətdən məhv edildi, ya da öz əqidələrindən dönmək zorunda qaldılar. Ən dözümlü "oğrular" yalnız onlar üçün yaradılmış "Belıy Lebed" kimi xüsusi həbsxanalara salınır, qeyri-insani şəraitdə neçə illər dözəsi olurdular. Titulunu ən kritik hallarda belə gizlətmək "oğru" üçün günah, yolverilməz sayılırdı. İdeyalı "vor"lar adını danmaqdansa, ölümü üstün tuturdular. Məşhur idealist "vor"ların bəzilərinin son mənzili məhz "Belıy Lebed" idi, hətta ölümləri belə gizlin saxlanılırdı. Bəziləri isə "Belıy Lebedin" teretoriyasında bastırılırdı.  Qeyd edək ki, "Belıy Lebed"də azərbaycanlı qanuni- oğru, Lotu Bəxtiyar da iki həftə cəza çəkib. Nə qədər qəddar rejim olsa belə, burada qanuni oğruların qoyduqları qaydalar işləyib, "obşak" olub. Sovet hökuməti fikirləşirdi ki, ən intizamsızları, "bespredelnik"ləri, bura islah olunmağa göndərəcək, amma yanılırdı. Çünki "oğru qaydaları" burada daha çevik işləyirdi.  Lotu Bəxtiyara ad verən Vasya Brilyant da "Belıy Lebed"də öldü. Onun ölümü hələ də müəmma olaraq qalır. Deyilənə görə, onu yatdığı yerdə boğub öldürmüşdülər. Amma sonradan onun ölümü özünü asmaq kimi qələmə verildi. Qeyd: Material hazırlanarkən Nail Babayevin Youtube kanalında yayımlanan məlumatdan, Rusiyanın NTV.ru saytının hazırladığı reportajdan istifadə olunub.