Müdafiə Nazirliyində gələn il üçün qarşıda duran vəzifələr müzakirə edilib


Digərləri 19 Dek 2018 16:26:00 418 0

Müdafiə Nazirliyində gələn il üçün qarşıda duran vəzifələr müzakirə edilib

Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclas keçirilib.

Bakı. Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclas keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub. Müdafiə naziri 2018-ci ildə xidməti döyüş hazırlığının yekunları və 2019-cu tədris ilində qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.