Azərbaycanda 1621 hemofiliyalı xəstə dispanser qeydiyyata alınıb


Digərləri 19 Dek 2018 15:45:00 581 0

Azərbaycanda 1621 hemofiliyalı xəstə dispanser qeydiyyata alınıb

Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunurlar.

Bakı. İlhamə İsabalayeva - Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunurlar. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyada multidissiplinar yanaşma” mövzusu üzrə elmi-praktik seminarda mərkəzin direktoru Qəhrəman Haqverdiyev deyib. Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini, onların 80 faizinin lazımi dərman preparatları ilə təmin olunmadığını, yalnız 20 faiz ölkələrdə hemofiliyalı xəstənin lazımi dərman preparatları ilə təmin edildiyini bildirib: “2006-cı ildə Azərbaycan da bu 20 faiz ölkələrin sırasına daxil olunub. Hazırda bizim mərkəzdə 1621 hemofiliyalı xəstə dispanser qeydiyyata dayanıb və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstələr ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar”.