Avropa Yenidənqurma və İnkişaf Bankı KOBİA ilə əməkdaşlıq edəcək


Digərləri 19 Dek 2018 15:14:00 622 0

Avropa Yenidənqurma və İnkişaf Bankı KOBİA ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniyada səfərdə olub.

Son.az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mərkəzi ofisində Bankın funksional bölmələrinin rəhbərləri ilə bir sıra görüşlər keçirib.

AYİB-in Kiçik və Orta Biznesin İnkişaf və Maliyyə Proqramının rəhbəri Nadya Petkova ilə təşkil olunmuş görüşdə Agentliyin fəaliyyəti və gördüyü işlər barədə məlumat verilib, Bank və KOBİA arasında əməkdaşlıq, Azərbaycanda startapların, eləcə də kiçik və orta biznesin qabaqcıl beynəlxalq təcrübə əsasında dəstəklənməsi və maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş proqramların həyata keçirilməsi məsələləri müzakirə edilib.